
May ayının əvvəllərində yunan-roma güləşi üzrə Avropa çempionu titulunu qazanan güləşçi Zurab Datunaşvili aldığı bıçaq yaraları nəticəsində Birinci kliniki xəstəxanaya yerləşdirilib. "Yeniavaz.com"un sputnik-georgiya-ya istinadən verdiyi məlumata görə, ikiqat Avropa çempionun vəziyyəti orta-ağır hesab edilir. İlkin araşdırmalar zamanı onun Tbilisidəki gecə klublarından birində baş verən insident nəticəsində bıçaqlandığı məlum olub. Hələlik baş verən insidentin səbəbləri barədə açıqlama verilmir. Hüquq-mühafizə orqanları bunun səbəbini istintaq-axtarış əməliyyyatının aparılması ilə izah edirlər. Datunaşvilinin bıçaqlanmasına səbəb olan insidentin mahiyyəti barədə Gürcüstan Güləş Federasiyasından da açıqlama verməkdən imtina ediblər. Qeyd edək ki, Datunaşvili xarakter etibarı ilə sakit, münaqişələrdən, mübahislərdən uzaq qaçan adam hesab edilir. Baş verən hadisə ilə bağlı prokurorluq tərəfindən cinayət işi açılıb. Xatırladaq ki, Datunaşvili mayın əvvəllərində Novı-sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının finalında 80 kq dərəcəsində belaruslu rəqibi Radzik Quliyev üzərində qələbə çalaraq ikinci dəfə Avropa çempionu titulunu qazanıb. Onu yaralanması ilə əlaqədar güləş üzrə dünya çempionıntda iştirak edə bilib-bilməyəcəyi hələlik məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz