Türkiyədə 4 milyona yaxın işsiz var

Türkiyədə 2017-ci ilin fevral ayında işsizlik səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq 12,6 faizə çatıb. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Statistika Komitəsinin fevral ayına olan statistik məlumatlarında deyilir. Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı fevralda ötən ilin eyni dövrü ilə müqayisədə 676 min nəfər artaraq 3 milyon 900 min nəfərə çatıb. Fevral ayında işsizlik səviyyəsi əvvəlki aya nisbətən 0,4 faiz azalıb. Yanvarda işsizlik səviyyəsi 13 faiz təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top