Bakıda "ağac soyqırımı" davam edir VİDEO

Bakıda "ağac soyqırımı" davam edir. "Yeniavaz.com" xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 22 a və Mehdi Hüseyn keçəsi 17 ünvanında üzbəüz iki binanın arasındakı yerdə ağaclar kəsilib. Həmin binaların birində yaşayan sakinin veridiyi məlumata görə, ağacları hissə-hissə məhv edirlər. Həmin ərazidə ümumilikdə 30 ağac olub, təkcə cümə günündən bu yana 7-8 ağac kəsilib. Bina sakininin sözlərinə görə, gecə saatlarında da ağac kəsim işləri görülür. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət edən sakinlərə bildirilib ki, bu işi araşdırıb tədbir görəcəklər.

Agac

DİGƏR XƏBƏRLƏR

Top