Qoşunların təmas xəttində erməni əsgər öldürülüb

Qoşunların təmas xəttində erməni ordusunun verdiyi itkilərə daha biri əlavə olunub. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, N hissəsində xidmət edən kiçik serjant Arşak Arşakyanın səngərdə meyiti aşkar edilib. Tibbi araşdırma zamanı onun boyun nahiyəsindən aldığı güllə yarasından öldüyü məlum olub. Hələlik Arşak Arşakyanın Azərbaycan tərəfindən açılan atəş, yoxsa öz xidmət yoldaşları tərəfindən öldürülüb-öldürülmədiyi məlum deyil. Xatırladaq ki, son aylarda erməni əsgərlərinin öz yoldaşları tərəfindən öldürülməsi adi hala çevrilməyə başlayıb. Ötən həftə erməni hərbçilərdən biri məhz hərbi xidmət yoldaşı tərəfindən açılan atəşlə öldürülmüşdü. Baş verən hadisə ilə bağlı Ermənistan hərbi prokurorluğu istintaq qrupu araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top