Bakıda saxta əsginaslar hazırlayan şəxs tutuldu

Bakı şəhər sakinindən saxta əsginaslar götürülüb. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top