Runi iki saata yarım milyon uduzdu

“Mançester Yunayted”in forvardı Ueyn Runi kazinoda iki saat ərzində 500 min funt-sterlinq uduzub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisəyə şahid olmuş şəxs bildirib ki, futbolçu kazinoda blekcek və ruletka oynayıb. O, həmişə uduşu qırmızıya qoyub. Şahidin dediyinə görə, U. Runi uduzmağını diqqətə almayıb və oynamağa davam edib. Futbolçu VIP qonaq qismində daim eyni kazinoya gedir. Kazinonun adı barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top