İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl medal qazanıb

Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışmaların final oyunu başa çatıb.

Oyunun nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə komandasını 28-26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb.

Azərbaycan yığmasında ən çox - 8 qolu Alia Çernışkova vurub.

Qeyd edək ki, bu idman növündə yarışların bürünc medallarını Özbəkistan üzərində 41-25 hesabıyla qalib gələn Kamerun yığması qazanıb.report

DİGƏR XƏBƏRLƏR

Top