Hindistan mayın 14-də Pekində işinə başlayan “Bir kəmər – bir yol” (“İpək yolunun iqtisadi kəməri və XXI əsrin Dəniz İpək yolu”) beynəlxalq forumunu boykot etmək qərarına gəlib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, birləşdirici layihələr suverenlik və ərazi bütövlüyünə hörmət əsasında reallaşdırılmalıdır: “Hindistan Yeni Dehli və İslamabad arasında mühabisə predmeti olan və Pekinin təklif etdiyi layihənin bir hissəsi olacaq Gilgit-Baltistan ərazisindən keçəcək Çin-Pakistan iqtisadi dəhlizinin reallaşdırılması ilə razı deyil. Heç bir ölkə suverenliyi və ərazi bütövlüyünə dair vacib problemlərə məhəl qoymayan layihə ilə razılaşmayacaq”.