Çindən 1 trilyon dollarlıq yeni İpək Yolu

Minlərlə il əvvəl Avropa və Asiya qitələrini bir-birinə birləşdirən qədim İpək Yolu Çinin başçılıq etdiyi iri layihə sayəsində yenidən fəaliyyətə başlayır. “Yeniavaz.com”un “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, layihənin ilk beynəlxalq təqdimatı mayın 13-də 28 ölkənin iştirakı ilə Çin Xalq Respublikasının sədri Si Cinpinin başçılıq etdiyi sammitdə həyata keçiriləcək. Mütəxəssislərin fikrincə, 1,4 trilyon dollara başa gəlməsi gözlənilən yeni İpək Yolunun məqsədi ABŞ-ın dünya iqtisadiyyatındakı liderliyinə son verməkdir. Yeni İpək Yolu layihəsi sürət qatarları marşrutları, hava limanları, elektreik stansiyaları və boru kəmərlərindən ibarət olacaq. Layihə Avropa və Asiyanın 60 ölkəsini bir-birinə bağlayacaq. Layihəyə daxil edilməsi planlaşdırılan ölkələr dünya əhalisinin 70 faizini təşkil edir. Digər tərəfdən, layihə çərçivəsinə daxil ediləcək 20 ölkədə indiyədək 50 milyard dollar məbləğində sərmayə yatırılıb.

DİGƏR XƏBƏRLƏR

Top