“Microsoft” virusdan qorunmaq üçün yenilənməni istifadəyə verib

“Microsoft” korporasiyası artıq iki gündür bütün dünya üzrə kompüterlərə hücum edən “WannaCry” şantajçı-virusdan qorunmağı təmin etmək məqsədi ilə dəstəyi artıq dayandırılmış “Windows XP”, “Windows 8” və “Windows Server 2003” əməliyyat sistemləri üçün yenilənməni istifadəyə verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu “Microsoft”un mətbuat katibi Kristina Davıdova deyib.

“Microsoft” mayın 12-də virusdan qorunmaq üçün hazırda dəstək verilən “Windows” versiyalarını, habelə şirkətin ödənişsiz antivirus sistemini yeniləyib. Onun sözlərinə görə, şirkətin ödənişsiz antivirus və “Windows”un yenilənmiş versiyasının istifadəçiləri mühafizə altına alınıb: “İstifadəçilərə və onların biznesinə mümkün təsirini nəzərə alaraq biz, həmçinin “Windows XP”, “Windows 8” və “Windows Server 2003” üçün yenilənməni buraxmışıq. İstifadçilər əlavə informasiyanı “Microsoft Security Response Center” blqounda əldə edə bilərlər. Şirkətin bloqundakı məlumata əsasən, “Windows 10” sistemi ilə işləyən kompüterlər bu virusun köməkliyi ilə hücumlara məruz qalmayıb. “Kasperski laboratoriyaları”nın məlumatına görə, mayın 12-də “WannaCry” şifrələyici-virusun köməkliyi ilə bütün dünya üzrə hakerlərin kompüterlərə 45 min hücum cəhdi qeydə alınıb. Hakerlər 74 ölkədə kompüterlərə hücum etməyə cəhd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top