İslamiada: Rafael Ağayev finala yüksəlib

Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 1/4 finalda o, Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenib - 5:2. Bu görüşdə təcrübəli idmançı baldırından zədələnsə də, görüşü sonadək davam etdirərək, qələbəyə nail olub. Yarımfinalda isə o, malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib və ən azı gümüş medalı təmin edib.

Bu gün Azərbaycanın daha iki karateçisi də finala yüksəlib. 55 kq çəki dərəcəsində mübarizə aparan İlahə Qasımova yarımfinalda iordaniyalı Majedah Albaşairehi məğlub edib. Fəridə Abiyeva isə (61 kq) həlledici görüşə vəsiqə uğrunda Özbəkistan təmsilçisi Barno Mirzayevanı üstələyib.

Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub. report

DİGƏR XƏBƏRLƏR

Top