Azərbaycan İslamiadada ilk medalı təmin edib

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib. Günün ilk oyununda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları üz-üzə gəlib. "Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Georgi Voronovun baş məşqçi olduğu komanda ilk yarını 24:13 hesabı ilə öndə tamamlayıb. Fasilədən sonra da hücumlarını davam etdirən yerli həndbolçular yekunda daha böyük fərqlə qalib olublar - 42:25. Bu qələbə sayəsində Azərbaycan millisi finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Bu, medalı təmin edən ilk komanda olub. Həlledici qarşılaşmada rəqib bu gün saat 13:30-da başlanacaq Türkiyə - Kamerun matçının qalibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da başlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top