Somalidə törədilən partlayış nəticəsində 3 nəfər ölüb

Somalinin cənubunda terrorçu-kamikadze özünü partladıb. “Sinxua” agentliyinin verdiyi xəbərə görə, bu barədə Somalinin Milli təhlükəsizlik nazirliyinin nümayəndəsi bildirib. Kismayo şəhərində baş verən partlayış nəticəsində terrorçu daxil olmaqla iki nəfər ölüb, bir nəfər yaralanıb. Terror aktını “Əş-Şəbab” qruplaşmasının üzvü törədib. Mayın 8-də Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər yaralanıb.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.Apa

DİGƏR XƏBƏRLƏR

Top