İngiltərə Premyer Liqasının qalibi sona 3 tur qalmış müəyyənləşib. Bu, "Çelsi" klubudur. Antonio Kontenin baş məşqçi olduğu "zadəganlar" XXVI turda səfərdə "Vest Bromviç"i məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu Mişi Batşuayi 82-ci dəqiqədə vurub. Bu qələbə sayəsində xallarını 87-yə çatdıran "Çelsi" ən yaxın izləyicisi "Tottenhem"i 10 xal üstələyib. Qeyd edək ki, bu, "zadəganlar"ın 6-cı çempionluğu olub.