"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bütün dünyada tanınırıq, eləcə də zəngin mədəniyyətimizi təbliğ edirik".
Bunu idman yarışlarının könüllüləri deyiblər.
Onlar bildiriblər ki, bu Oyunlarda könüllü kimi çıxış etmək çox qürurvericidir: "İslam Həmrəyliyi Oyunlarında könüllü kimi çıxış etmək çox maraqlı və əyləncəlidir. Bu, bizə yeni dostlar və böyük təcrübə qazandırır”.
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend