“WhatsApp” cərimələndi

İtaliyanın antiinhisar təşkilatı “WhatsApp” messencerin sahibi olan şirkəti 3 milyon avro həcmində cərimələyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın iki təftiş yoxlamasının başa çatması üzrə verdiyi rəydə deyilir. Cəriməyə səbəb “WhatsApp”ın qoşulma, ödənişsiz məlumat, habelə audio-video kontent mübadiləsi sistemindən istifadə zamanı “Facebook” şirkətinin şərtlərini zorla qəbul etdirməsi olub. Qeyd edək ki, messenceri qurmuş “WhatsApp” 2009-cu ildə təsis edilib. “Facebook” 2014-cü ildə “WhatsApp”ı 19,3 milyard dollara satın alıb.

DİGƏR XƏBƏRLƏR

Top