Yıldırım: Raqqa əməliyyatından sonra YPG orada qalmayacaq

ABŞ bəyan edib ki, Raqqa İŞİD terror təşkilatının silahlılarından azad edildikdən sonra YPG orada qalmayacaq. “Yeniavaz.com”un NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazirin sözlərinə görə, ABŞ da mövcud vəziyyətdən çox narazıdır: “Biz çoxdan ABŞ-a bildiririk ki, bir terror təşkilatı ilə digərinin köməkliyi ilə mübarizə aparmaq olmaz və bununla bağlı onlara narahatlığımızı çatdırmışıq. Onların sözlərinə görə, məcburən belə hərəkət edirlər. Biz onlarla razı deyilik. ABŞ bəyan edib ki, Türkiyə ilə PKK ilə mübarizədə istənilən növ, o cümlədən kəşfiyyat məlumatı mübadiləsi, PKK-nın maliyyə mənbələrinə nəzarət məsələlərində əməkdaşlığa hazırdır. Onlar, həmçinin bildiriblər ki, Raqqa əməliyyatından sonra YPG orada qalmayacaq və demoqrafik dəyişiklik olmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top