TRT-nin baş direktoru istefa verdi​

Türkiyənin TRT telekanalının baş direktoru Şenol Göka vəzifəsindən istefa verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ş. Göka ərizə yazaraq könüllü istefa verib. O, istefa ərizəsində yazıb: “Zərurəti görərək istefa edirəm”. Ş. Gökanın istefası qəbul edilib. Onun yerinə yeni təyinat olanadək TRT-nin baş direktoru vəzifəsini Ş. Gökanın müavini Erkan Durdu icra edəcək. Xatırladaq ki, Ş. Göka 2014-cü ilin oktyabrında TRT-nin baş direktoru vəzifəsinə gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top