Məhəmmədrəsul Məcidov İslamiadaya qələbə ilə başlayıb

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib. "Yeniavaz.com" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb. +91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.

İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top