NATO əslində Avropa təşkilatı deyil, alyans tamamilə ABŞ-dan asılıdır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Finlandiya Prezidenti Sauli Niinistyö deyib. O bildirib: “NATO-nun əleyhinə nə isə demək istəmirəm, hətta ABŞ Prezidenti Donald Tramp ona qarşı tənqidini yumşaltsa belə, Atlantik alyansı Avropa təşkilatı deyil. NATO tamamilə Amerikadan asılıdır”. Finlandiya Prezidenti əlavə edib ki, Avropa İttifaqı (Aİ) quruma daxil olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir: “Sözün düzü təhlükəsizlik çiçəklənmədən daha üstündür. Biz uzun illər ərzində hesab edirdik ki, bu barədə narahat olmamalıyıq, lakin indi vəziyyət dəyişib. Fikrimcə, əgər Brüssel Aİ vətəndaşlarına təhlükəsizlik zəmanəti versəydi, bu daha populyar olardı”.