ABŞ kəşfiyyatı Dağlıq Qarabağda münaqişənin başlaya bilməsini istisna etmir

2017-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaya bilməsi təhlükəsi qalır. "Yeniavaz.com"un1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Koutsun Konqresə təqdim etdiyi hesabatda deyilir: "Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanla Ermənistan arasındakı gərginlik ötən ilin aprel ayında hərbi əməliyyatların başlamasına gətirib çıxardı. Buna səbəb münaqişənin həllində tərəflərin güzəştə getmək istəməməsi oldu. Bu baxımdan 2017-ci ildə də genişmiqyaslı hərbi əməliyyatların başlaması təhlükəsi qalmaqda davam edir.Buna paralel olaraq Azərbaycandakı iqtisadi problemlər və regionda yaranan indiki vəziyyət Bakını Rusiya, İran və Qərb arasında balanslaşdırılmış siyasət aparmağa məcbur edir".

DİGƏR XƏBƏRLƏR

Top