Sergey Lavrovun ABŞ-a səfəri Qarabağ münaqişəsinin nizamlanması baxımından önəmlidir

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Vaşinqtona səfəri yalnız Yaxın Şərq və Koreya yarımadasındakı zorakılıqların qarşısının alınması baxımından deyil, həm də Ukraynanın şərqi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından vacibdir. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə National İnterest-in baş redaktoru Nikolas Qvozdev Lavrovun Vaşinqtona səfərinə həsr etdiyi məqaləsində yazıb.

Müəllif Koreya yarımadasında yaranan gərginliyin, həmçinin Suriya probleminin də Lavrovun ABŞ rəsmiləri ilə görüşündə müzakirə ediləcəyini vurğulayıb. O eyni zamanda hazırda Ukrayna və Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə çevik siyasət yeridilməsinə ehtiyac olduğunu vurğulayıb: "Ukraynada vəziyyət qeyri-sabit olaraq qalır. Buna paralel olaraq Dağlıq Qarabağa görə Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən başlaya biləcəyi təhlükəsi var. Lavrov Rusiyanın və ABŞ-ın maraq dairəsində olan bütün münaqişələr barədə Moskvada Reks Tillersona təqdim etdiyi təklifləri ABŞ-da keçirəcəyi görüşlərdə yenidən gündəmə gətirmək niyyətindədir. Ancaq bu məsələlərdə Rusiyanın ABŞ-a hansısa güzəştlərə getməsindən söhbət belə gedə bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top