
Bu ilin aprel ayında Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilib. "Yeniavaz.com" SOCAR-dan verilən məlumata istinadən bildirir ki, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat və ya 11,5% çoxdur.
Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 530 milyon 302 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 milyon 327 min manat və ya 19,2% çoxdur.
Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 milyon 247 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat və ya 0,8% çoxdur.
Bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 49 milyon 515 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 4 milyon 407 min manat və ya 9,8% çoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz