Qaxda müəllim imtahan vaxtı ölüb? - Nazirlikdən açıqlama

Təhsil Nazirliyi ötən gün Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın (Babayeva) diaqnostik qiymətləndirmə zamanı vəfat etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov müəllimin imtahan vaxtı ölmədiyini bildirib: "Müəllimin harda dünyasını dəyişməsindən asılı olmayaraq, biz ona allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Ancaq fakt budur ki, Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstənaya yerləşdirilib və burada vəfat edib. Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu”.Bakı Post

DİGƏR XƏBƏRLƏR

Top