“Valensiya” yeni baş məşqçi ilə anlaşdı

İspaniyanın “Valensiya” klubu növbəti mövsümə yeni baş məşqçi ilə start verəcək. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi Marselino Qarsiya Toral ilə razılığa gəlib. M. Q. Toral 2017-2018-ci il mövsümündən etibarən baş məşqçi vəzifəsinə başlayacaq. Onunla azı 2 il müddətinə müqavilə bağlanıb. Hazırki baş məşqçi Voro Qonzalezə hörmət əlaməti olaraq yeni baş məşqçinin adı mətbuata mövsümün sonunda açıqlanacaq. Dörd mövsümdə 7 dəfə baş məşqçi dəyişdirən “Valensiya” ölkə çempionatında 43 xalla 13-cü yerdə qərarlaşıb. Karyerində ilk dəfə “Valensiya”nı çalışdıracaq 51 yaşlı M. Q. Toral sonuncu dəfə 2013-2016-cı illərdə “Vilyareal”ın baş məşqçisi olub.

DİGƏR XƏBƏRLƏR

Top