Rusiya Qafqazdakı antiterror fəaliyyətinin nəticələrini açıqladı

Beş il ərzində Şimali Qafqazda mindən çox silahlı və 201 gizli banda başçısı zərərsizləşdirilib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin köməkçisi Aleksey Pavlov deyib. Onun sözlərinə görə, bu müddət ərzində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi xüsusi tədbirlər zamanı 3,6 mindən çox terrorçu saxlanılıb, 1,5 min partlayıcı qurğu, 6 ton partlayıcı, 6,3 min ədəd odlu silah aşkarlanıb. A. Pavlov əlavə edib ki, 5 il ərzində bu bölgədə 300-dən çox terror yönümlü cinayətin qarşısı alınıb: “Bu müddət ərzində reallaşdırılan terror aktlarının sayı isə 10 dəfə azalıb”.

DİGƏR XƏBƏRLƏR

Top