Aİ Azərbaycanlı məcburi köçkünlərlə birlikdə “Avropa Günü”nü qeyd edib

Avropa İttifaqı Nümayəndəliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Zəngilan rayonunun İcra Hakimiyyəti ilə birgə Zəngilandan olan məcburi köçkünlər “Avropa Günü” münasibətilə təçkil edilən konsert proqramından məmnun olduğunu bildirib.

Avropa İttifaqı Nümayəndəliyi mətbuat xidmətinin rəhbəri Gülnara Bayramova "Yeniavaz.com"a verdiyi açıqlamasında deyib ki, ilk dəfə olaraq Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanın məcburi köçkün icması ilə birlikdə “Avropa Günü”nü qeyd edib. Bu müstəvidə də Abşeron rayonunun Masazır kəndində Zəngilandan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məskənində gənc azərbaycanlı müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Bununla bağlı Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir Malena Mard:

"Bu ilki Avropa Günü Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyi ilə üst-üstə düşür. Bu, həm də Avropada sülh, müdafiə və təhlükəsizliyin 60 illiyidir və biz ümidvarıq ki, sülh Azərbaycan torpağında da çox tezliklə bərpa olunacaqdır",-deyib.

Xatırladaq ki, Avropa Günü Aİ-yə üzv dövlətlərlə birgə bu ilin 6-7 may tarixlərində Lənkəranda da qeyd olunub. Avropa Günü tədbirlərinə çox zəngin və müxtəlif proqram daxil olmuşdur ki, buraya gənclərin Aİ və Aİ-yə üzv dövlətlərin səfirləri ilə görüşü, filmlər və tələbə viktorinası, ilkin dil kursları və açıq havada konsert daxil idi. Lənkəranda bu tədbir olduqca yüksək səviyyədə keçirilib.

Onu da deyək ki,60 il bundan əvvəl II Dünya Müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün 500000 insanı təmsil edən təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartların və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Aİ bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Builki “Avropa günü” şənlikləri vahid Avropa üzrə öhdəlikləri bir daha təsdiq edən hadisə funksiyasını yerinə yetirir.

DİGƏR XƏBƏRLƏR

Top