Miqrant kimi tərk etdiyi Türkiyəyə nazir kimi gəldi

19 il əvvəl müharibədən qaçaraq Türkiyəyə sığınan Məhəmməd Banqura illər sonra Ankaraya Syerra-Leonenin naziri kimi gəlib. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, M. Banqura ölkəsinin informasiya və rabiti naziri qismində Türkiyəyə səfərə gəlib. O, Syerra-Leone Prezidenti Ernest Bai Koromanı Türkiyə səfərində müşayiət edib. Nazir bildirib ki, Türkiyə 19 il əvvəl sığınacaq verməsəydi indi nazir ola bilməzdi: “Suriya, İran və ya Əfqanıstandan gəlib Türkiyədə miqrant düşərgələrində qalan çox sayda insanın daha yaxşı gələcəyi var”. M. Banqura qeyd edib ki, 19 il əvvəl gəldiyi Türkiyədə 6 ay mühacir kimi qalıb və sonra siyasi sığınacaq haqqı əldə edərək Kanadaya gedib. O buna görə Türkiyə xalqına təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top