Rostovda erməni sürücü bıçaqlanıb, əlil atası isə döyülüb

Rusiyanın Rostov vilayətindəki kəndlərdən birində bir qrup yerli sakinlə ilə yük maşınının sürücüsü olan Karen adlı erməni arasında dava düşüb. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, davaya səbəb içib keflənən yerli sakinlərin ermənini təhqir etməsi olub. Buna dözməyən erməni onlara cavab qaytarıb. Nəticədə sərxoş yerli sakinlər erməniyə hücum edərək döyüb və onu bıçaqlayıblar. Erməninin köməyinə gələn əlil atası da sərxoşlar tərəfindən bərk əzişdirilib. Hazırda ağır bədən xəsarətləri alan ata və oğul ermənilər xəstəxanadadırlar. Yerli hüquq-mühafizə orqanları isə erməniləri döyən sərxoş yerli sakinləri axtarırlar.

DİGƏR XƏBƏRLƏR

Top