Azərbaycanda yol qəzaları ən çox bu ərazilərdə, bu vaxtlarda olur - FAKTLAR

Hər il Azərbaycanda yüzlərlə insan yol qəzalarında həlak olur. Yol qəzalarında ölənlər arasında demək olar hər yaşda insan var. "Yeniavaz.com" saytı ölkəmizdə yol qəzalarının ən çox hansı ərazilərdə, günün hansı saatlarında qeydə alınması ilə bağlı maraqlı faktlar əldə edib. Bununla əlaqədar 2010-2016-cı illər üzrə məlumatları araşdırmağa çalışdıq. Əvvəlcə yol-nəqliyyat hadisələrinin sayına diqqət yetirək:

- 2010-cu ildə - 2721 yol-nəqliyyat hadisəsi.

- 2011-ci ildə - 2890 yol-nəqliyyat hadisəsi.

- 2012-ci ildə - 2892 yol-nəqliyyat hadisəsi.

- 2013-cü ildə - 2846 yol-nəqliyyat hadisəsi.

- 2014-cü ildə - 2635 yol-nəqliyyat hadisəsi.

- 2015-ci ildə - 2220 yol-nəqliyyat hadisəsi.

- 2016-cı ildə - 2006 yol-nəqliyyat hadisəsi.

Qəzaların işıq şəraitinə görə baş vermə vaxtı: gündüz, toran, gecə:

- 2010-cu ildə - gündüz 1138, toran 491, gecə 1092.

- 2011-ci ildə - gündüz 1156, toran 512, gecə 1222.

- 2012-ci ildə - gündüz 1217, toran 512, gecə 1163.

- 2013-cü ildə - gündüz 1164, toran 511, gecə 1171.

- 2014-cü ildə - gündüz 1066, toran 519, gecə 1050.

- 2015-ci ildə - gündüz 963, toran 414, gecə 843.

- 2016-cı ildə - gündüz 883, toran 393, gecə 730.

Ərazi üzrə:

- 2010-cu ildə - avtomagistral yollarda 495, yaşayış məntəqələrində 2226.

- 2011-ci ildə - avtomagistral yollarda 401, yaşayış məntəqələrində 2489.

- 2012-ci ildə - avtomagistral yollarda 425, yaşayış məntəqələrində 2467.

- 2013-cü ildə - avtomagistral yollarda 365, yaşayış məntəqələrində 2481.

- 2014-cü ildə - avtomagistral yollarda 342, yaşayış məntəqələrində 2293.

- 2015-ci ildə - avtomagistral yollarda 286, yaşayış məntəqələrində 1934.

- 2016-cı ildə - avtomagistral yollarda 260, yaşayış məntəqələrində 1746.

Nəqliyyat vasitələri və piyadaların iştirakı ilə:

- 2010-cu ildə - 1084 yol-nəqliyyat hadisəsi.

- 2011-ci ildə - 1119 yol-nəqliyyat hadisəsi.

- 2012-ci ildə - 1065 yol-nəqliyyat hadisəsi.

- 2013-cü ildə - 1097 yol-nəqliyyat hadisəsi.

- 2014-cü ildə - 988 yol-nəqliyyat hadisəsi.

- 2015-ci ildə - 923 yol-nəqliyyat hadisəsi.

- 2016-cı ildə - 882 yol-nəqliyyat hadisəsi.

Yaralananların sayı:

- 2010-cu ildə - 2871 nəfər.

- 2011-ci ildə - 3031 nəfər.

- 2012-ci ildə - 2997 nəfər.

- 2013-cü ildə - 2948 nəfər.

- 2014-cü ildə 2676 nəfər.

- 2015-ci ildə 2265 nəfər.

- 2016-cı ildə 2003 nəfər.

Yol qəzalarında yaralanan və ölənlərin yarıdan çoxu 25-64 yaşlarında olanlardır. Yol-nəqliyyat hadisələrində 9 yaşdan kiçik ölən və yaralanan uşaqların sayı:

- 2010-cu ildə - ölən 46, yaralanan 124 nəfər.

- 2011-ci ildə - ölən 57, yaralanan 99 nəfər.

- 2012-ci ildə - ölən 38, yaralanan 108 nəfər.

- 2013-cü ildə - ölən 46, yaralanan 126 nəfər.

- 2014-cü ildə ölən 48, yaralanan 118 nəfər.

- 2015-ci ildə ölən 41, yaralanan 90 nəfər.

- 2016-cı ildə ölən 34, yaralanan 80 nəfər.

Bu qəzalarda 65 və daha çox yaşda ölən və yaralananların sayı:

- 2010-cu ildə - ölən 73, yaralanan 95 nəfər.

- 2011-ci ildə - ölən 75, yaralanan 125 nəfər.

- 2012-ci ildə - ölən 96, yaralanan 116 nəfər.

- 2013-cü ildə - ölən 106, yaralanan 113 nəfər.

- 2014-cü ildə ölən 92, yaralanan 105 nəfər.

- 2015-ci ildə ölən 101, yaralanan 85 nəfər.

- 2016-cı ildə ölən 105, yaralanan 89 nəfər.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top