Moskva şəhərinin keçmiş meri Yuri Lujkovun adı qara siyahıya salınacaq və o bir daha Gürcüstana buraxılmayacaq. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstan Daxili işlər naziirnin müavini Şalva Xutsişvli deyib: "Lujkovun sərbəst şəkildə Gürcüstana gəlməsinə səbəb onun adının bu günə kimi işğal edilmiş ərazilərimizə səfər edənlərlə bağlı qara siyahıya salınmaması olub. Ona görə də Lujkovun ölkəmizə girişinə mane olmaq üçün əsas yox idi. Lujkovun Abxaziya və Cənubi Osetiyaya səfəri barədə də pasportuna hansısa ştamp qoyulmamışdı. Amma indi bu məsələyə yenidən baxılır və Lujkov ölkəmiz üçün arzuedilməz şəxs hesab ediləcək. Bundan sonra o bir daha Gürcüstana buraxılmayacaq".
Xatırladaq ki, ötən həftə Lujkov və həyat yoldaşı Yelena Baturina turist kimi Gürcüstana səfər etmiş və bu, ölkə əhalisi tərəfindən narazılıqla qarşılanmışdı.