Türkiyədə PKK terrorçuları ilə qarşıdurmada 2 çavuş şəhid olub, 11-i yaralanıb

Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb. Hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb. Məlumatda 5 PKK terrorçusunun da ölü ələ keçirildiyi qeyd olunub. report

DİGƏR XƏBƏRLƏR

Top