Türkiyə ilk uzun mənzilli raketini uğurla sınaqdan keçirib

Türkiyə ilk uzun mənzilli “Bora” raketini uğurla sınaqdan keçirib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Fikri Işık deyib. Onun sözlərinə görə, raket sınağı Qara dənizdə Sinop ərazisində həyata keçirilib. Nazir qeyd edib ki, Sinopda 280 kilometr mənzilli “Bora” raketinin atışı həyata keçirilib. Türkiyə artıq öz raketini istehsal edir. Daha yaxşısını hazırlamaq üçün özümüzdə əminlik qazandıq. Hazırda atışlar davam edir. Sinopdan Qara dənizə uğurlu atış reallaşdırılıb”. Qeyd edək ki, Türkiyənin “Roketsan” şirkəti tərəfindən düzəldilən “Bora” raketi 610 millimetr çaplıdır.

DİGƏR XƏBƏRLƏR

Top