Gürcüstan, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq barədə memorandum imzalanacaq

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri hərbi əməkdaşlıq barədə üçtərəfli memorandum imzalamağa hazırlaşırlar. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Gürcüstan müdafiə naziri Levan İzoriya ilə türkiyəli həmkarı Fikri Işık arasında İstanbulda keçirilən beynəlxalq müdafiə sərgisində baş tutan görüşdə əldə edilib. Nazirlərin görüşü ilə bağlı Gürcüstan müdaiə nazirliyinin yaydığı press-relizdə deyilir: "İzoriyanın Işıkla görüşü qarşılıqlı maraqların müdafiəsi və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından olduqca məhsuldar keçib. Tərəflər yaxın 10 gündə Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında 3 tərəfli hərbi əməkdaşlıq barədə məsələni müzakirə etmək barədə razılığa gəliblər. Bu görüşdə üç ölkə arasında hərbi əməkdaşlıq barədə memorandum imzalanacaq". İzoriya mətbuata verdiyi açıqlamasında həmçinin qeyd edib ki, bölgənin 3 ölkəsi arasında hərbi əməkdaşlığın genişləndirilməsi regionda sülhə və sabitliyə xidmət edir.

DİGƏR XƏBƏRLƏR

Top