"Şant" telekompaniyasının operatoru yaralanıb

Münaqişə bölgəsində, qoşunların təmas xəttində gərginlik davam edir. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, təmas xətində baş verən atışma zamanı Ermənistanın "Şant" telekompaniyasının operatoru David Atoyan ağır yaralanıb. Buna səbəb cəbhənin şimal istiqamətində, qoşunların təmas xəttində "Şant" telekompaniyasının çəkiliş aparması olub. Çəkiliş zamanı baş verən atışmada operator David Atoyan qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb. Qeyd edək ki, "Şant" cəbhə xəttində erməni əsgərlərin "qəhrəmanlığına", Azərbyacan ordusuna "ağır zərbələr" vurduğu barədə reportaj hazırlayırdı. Ona görə də operator erməni əsgərlərin Azərbaycan ordusunun mövqelərinə zərbələr endirməsini videoya alırdı. Amma bu, erməni operatora ağır başa gəlib.

DİGƏR XƏBƏRLƏR

Top