Estakadaların arası ilə şütüyən balıqçı gəmiləri: KİMDİR ONLAR?

"Müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulur! "Azneft" İstehsalat Birliyinin strukturlarına daxil olan Neft Qaz Çıxarma İdarələrində (NQÇİ) qəza baş verəndə, bu qəza ən vacib faktor olan insan itkisi ilə nəticələnəndə, ictimaiyyətin ağlına ilk gələn olur ki bəlkə təxribatdır?". "Yeniavaz.com" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

"Biz bir hüquq-müdafiə təşkilatı olaraq deyirik - bu, ölkə qanunvericiliyinin pozulmasının nəticəsidir. Şəkillərə diqqət yetirin - Neft Daşları NQÇİ-yə məxsus ərazidə balıq biznesi ilə məşğul olan balıqçı qayıqlarıdır. Bu həmişə müşahidə olunur. Təsadüf deyil. NQÇİ-nin estakadalarının arası ilə, heç bir rəsmi icazəsi olmayan, bütün qadağalara baxmayaraq, balıqçı "lodka"ları tor ataraq, o baş bu başa şütüyürlər. Aldığımız məlumatda o da qeyd edilir ki, balıqçıların sahibi bunun üçün kimə lazımdır "hörmətlərini" edir. Doğurdan da, yoxsa bu kənar adamlar üzərindən neft və qaz xətləri keçən strateji əhəmiyyətli estakadaların altı ilə hərəkət edərək istədiklərini etməzdilər. Kim zəmanət verə bilər ki, bu balıqçı gəmiləri dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateji obyektdə hər hansı bir fəsad törədə bilməzlər? Onu da qeyd edim ki, Neft Daşlarında dövlətə məxsus belə qayıqlar yoxdur. Bunlar 2-3 nəfərlik balıqçı qayıqlarıdır. Onu da bildirib ki, şəkildə arxada görünən obyekt ARDNŞ-nin mühüm strateji əhəmiyyətli Neft Yığım Məntəqəsidir",-deyə Mirvari Qəhrəmanlı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top