Ən çox məhsul alıb-satdığımız ölkələr məlum oldu

2017-ci ilin yanvar-aprel ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 406,3 milyon dollar (ümumi idxalın 18,7%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk 4 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 358,8 milyon (ümumi idxalın 16,7%-i) və 211,7 milyon dollarlıq (9,8%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (108,1 milyon dollar), Ukrayna (98,4 milyon dollar), ABŞ (95,9 milyon dollar), İtaliya (82,1 milyon dollar), Böyük Britaniya (80,3 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-ci ilin yanvar-aprel ayları ərzində də ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 4 ay ərzində bu ölkəyə 797 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 23,2%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 370,8 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 10,8%-i). Həmçinin 183,8 milyon dollar dəyərində məhsul Çinə satılıb. Portuqaliyaya 179,7 milyon dollar, İsrailə 177,1 milyon dollar, Tayvana 168,6 milyon dollar, Almaniyaya isə 152,6 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Kanada (151,4 milyon dollar), Gürcüstan (146,9 milyon dollar), Rusiya (118,3 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top