Xaricdən idxal olunan buğda yarı-yarıya azalıb

Bu ilin yanvar-aprel ayları ərzində ölkəyə 412,8 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 48,4 milyon dolları buğdanın, 56,5 milyonu meyvə-tərəvəzin, 48,1 milyon dolları şəkərin, 36,3 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə buğda idxalı 48,1% azalıb, şəkər idxalı 10,4% artıb, meyvə-tərəvəzin idxalı isə 2,7% azalıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 4 ayı ərzində müvafiq olaraq 45,1 və 55,4 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 11,8% artıb, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 0,1% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top