Əlillərdən sədrə qarşı ciddi ittiham - "Torpağımızı satıb" VİDEO

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bir qrup üzvü cəmiyyətin sədri Simyar Abdullayevdən narazıdır.

"Yeniavaz.com" xəbər verir ki, onlar bununla bağlı qafqazinfo-ya müraciət ediblər. Şikayətçilər iddia edirlər ki, qurumun Nərimanov rayonu Faiq Yusifov 40 küçəsində yerləşən ərazisi sədr tərəfindən özəl MTK-ya satılıb. Belə olan halda isə ev növbəsində olan gözdən əlillərin mənzillə təminatı reallaşmaya bilər.

Cəmiyyətin sədri Simyar Abdullayev isə qeyd edib ki, deyilənlərin heç bir hüquqi əsası yoxdur: "Ərazilərin satılmasından söhbət gedə bilməz. Lazım olsa, bütün hüquqi sənədləri ictimaiyyətə təqdim edə bilərik".

torpaq

DİGƏR XƏBƏRLƏR

Top