İxrac artıb, idxal azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 5 milyard 595 milyon 699,9 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar-aprel aylarına nisbətən 11,3% artıb. İdxal əməliyyatları üzrə 2 milyard 164 milyon 997,7 min dollar (2016-cı ilin yanvar-aprel aylarına nisbətən 16,5% azalıb), ixrac əməliyyatları üzrə 3 milyard 430 milyon 702,2 min dollar (2016-cı ilin yanvar-aprel aylarına nisbətən 41,1% artıb) ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsində 1 milyard 265,7 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top