Azərbaycan avtomobil idxalını 12% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1 943 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin xəbərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 201 ədəd və yaxud 11,54% çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2 ədəd və yaxud 8,33% artaraq 26-ya, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 111 ədəd və yaxud 7,36% artaraq 1 620-yə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 116 ədəd yaxud 76,32% artaraq 268-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 28 ədəd yaxud 2 dəfə azalaraq 29-a bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top