Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının üçüncü yarış günündə futbol, voleybol və həndbol üzrə qrup mərhələsinin oyunları keçiriləcək. Azərbaycanın futbol yığması 2-ci tur çərçivəsində Səudiyyə Ərəbistanı millisi ilə üz-üzə gələcək. Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda ilk turda Kamerunla qolsuz heç-heçə edib. Səudiyyə Ərəbistanı isə Mərakeşə uduzub - 0:1.
Həmçinin voleybol üzrə qrup mərhələsinin ilk, həndbol üzrə 3-cü turun oyunları baş tutacaq.
Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də keçiriləcək.
11 may (cümə axşamı)
Futbol
Qrup mərhələsi, II tur
A qrupu
12:30. Kamerun - Mərakeş
Bayıl Arena

18:30. Azərbaycan - Səudiyyə Ərəbistanı
Bayıl Arena

B qrupu
10:30. Oman - Türkiyə
Azal Arena
16:30. Fələstin - Əlcəzair
Azal Arena

Həndbol
Qrup mərhələsi, III tur
Kişilər

A qrupu
11:15. Səudiyyə Ərəbistanı – Pakistan
20:15. Əlcəzair - Azərbaycan

B qrupu
09:00. İraq – Mərakeş
18:00. İordaniya – Türkiyə

Qadınlar

A qrupu
13:30. Özbəkistan – Kamerun
15:45. Azərbaycan – Türkiyə
Sərhədçi İdman Kompleksi

Voleybol
Qrup mərhələsi, I tur
Kişilər
A qrupu
10:00. Türkiyə - Türkmənistan
21:30. Azərbaycan - Pakistan
Bakı Kristal Zalı 1
Qadınlar
A qrupu
12:30. Türkiyə - Tacikstan
19:00. Azərbaycan - Qırğızıstan
Bakı Kristal Zalı

DİGƏR XƏBƏRLƏR

Top