
Rusiya ötən həftə Suriya hakimiyyətinə hərbi yardım qismində M-30 tipli ən azı 21 haubitsa göndərib. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Fox News” telekanalı Pentaqondakı mənbəyə istinadən xəbər verir. Mənbə bildirib ki, haubitsalar yük gəmisi ilə Tartus limanına çatdırılıb. Telekanal peyk məlumatlarına istinad edərək məlumat verib ki, Suriyada Rusiyaya məxsus A-50 uzaq radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi aşkarlanıb. Telekanal bildirib ki, Suriyadakı rusiyalı hərbçilər tezliklə S-400 zenit-raket kompleksi üçün əlavə mərmi partiyası alacaqlar.
Tətbiqimizi yükləyə bilərsiniz