Vaşinqton Türkiyənin cənub sərhədlərində təhlükəsizliyin qorunması məsələsində Ankara ilə sıx əməkdaşlıq edəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib. O bildirib: “Bu, Avropanın cənub sərhədidir və biz sıx təmasda qalmağa davam edəcəyik”. C. Mettis qeyd edib ki, Vaşinqton Ankara ilə ABŞ-ın YPG-ni silahlandırılması ilə bağlı mübahisəli məsələləri həll edə bilərlər: “Biz istənilən problemi həll edəcəyik”. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 9-da YPG-yə ağır silah tədarükü planını təsdiq edib.