Bacısını görüşə çağıran oğlanı öldürən 17 yaşlı gənc polisə təslim olub

Bakıda metronun “Memar Əcəmi” stansiyası qarşısında 1995-ci il təvəllüdlü Muxtarov Ələkbər Vahid oğlunu öldürən şəxs polisə təslim olub. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, 1999-cu il təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub. O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.APA

DİGƏR XƏBƏRLƏR

Top