Rusiyalı hərbi ekspert Makaryanı ifşa etdi

Bir neçə gün öncə Rusiya-Ermənistan birləşmiş hərbi qruplaşmasının komandanı general-mayor Andranik Makaryanın Qarabağda mühariə başlayacağı təqdirdə ordunun özünün əmri ilə hərəkət edəcəyini söyləməsi düşmən ölkədə də çoxsaylı sualların ortaya çıxmasına səbəb olub."Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Birinci İnformasiya kanalı Moskvadakı Siyasi və Hərbi araşdırmalar mərkəzinin direktoru, hərbi ekspert Aleksandr Xramiçixinə mürciət edib. Xramçixin isə Makaryanın açıqlmasına münasibət bildirərkən deyib ki, hərbi qruplaşma yalnız Ermənistan və Rusiya prezidentlərinin razılığı ilə hansısa tapşırığı yerinə yetirə bilər: "Birləşmiş ordunun yalnız iki ölkə prezidentlərinin razılığı ilə hərəkət edəcəklərinə şübhə etmirəm. Bu, şübhəsiz ki, ordunun idarə edilməsini mürəkkəbləşdirəcək. Ancaq bütün hallarda birləşmiş ordu qrupunun atacağı addımlar iki ölkə prezidentləri ilə razılaşdırılacaq".

Hərbi ekspert xatırladıb ki,102 saylı hərbi bazanın komandanlığı Rostov-Donda yerləşən Cənub ordu komandanlığına tabedir və yalnız onların əmri ilə hərəkət edir: "Əgər söhbət birləşmiş ordunun Qarabağ münaqişəsinə müdaxiləsindən gedirsə, onda bu məsələdə paradoks var. Belə ki, əgər münaqişə Ermənistan ərazisində getməsə və yalnız Qarabağı əhatə etsə, onda Rusiya bu probemə müdaxilə etməyəcək".

DİGƏR XƏBƏRLƏR

Top