ABŞ-da bağlanan bankların sayı beşə çatdı

ABŞ-da “Guaranty Bank” (Viskonsi ştatı) fəaliyyətini dayandırıb. Bu, Birləşmiş Ştatlarda ilin əvvəlindən bağlanan sayca beşinci bankdır. “Yeniavaz.com”un “Vesti.ru” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Depozitlərin Sığortalanması Korporasiyasından (FDIC) deyiblər. FDIC ilə razılığa əsasən, “Guaranty Bank”ın depozitləri “First-Citizens Bank & Trust Co.”ya (Şimali Karolina ştatı) köçürüləcək. Bununla da müflis olmuş bankın müştəriləri avtomatik olaraq “First-Citizens Bank & Trust Co.”nun müştəriləri olurlar, korporasiya isə müştərilərin hesabındakı vəsaitləri sığortalamağa davam edəcək.

Martın 31-nə olan məlumata görə, “Guaranty Bank”ın ABŞ-ın 5 ştatında 119 filialı olub, bankın aktivləri təqribən 1 milyard dollar, depozitlərinin həcmi isə 1 milyard dollar təşkil edib. Bankın ləğv edilməsi ilə əlaqədar FDIC-in xərcləri 146,4 milyon dollar təşkil edəcək. FDIC 250 min dollaradək olan depozitləri sığortalayır.

Qeyd edək ki, ötən il ABŞ-da 5 bank müflis olub. 2015-ci ildə bu rəqəm 8 ədəd təşkil edib. 2007-ci ildə Birləşmiş Ştatlarda cəmi 3 bank ləğv edilib, halbuki 2010-ci ildə bu göstərici ən yüksək səviyyəyə çatıb – 157 maliyyə institutu.

DİGƏR XƏBƏRLƏR

Top