Rusiyalı deputat dünyasını dəyişdi

Rusiya Dövlət Dumasının deputatı Vasili Tarasyuk vəfat edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, V. Tarasyuk 69 yaşında dünyasını dəyişib. O, Vladimir Jirinovskinin sədri olduğu Rusiya Liberal Demokrat Partiyasının deputatı olub. Qeyri-rəsmi məlumata görə, deputat mayın 6-da İsraildə Ölü dənizinin sahillərində ölüb. Həmin gün səfirliyin rəsmi məlumatına əsasən, orada 67 yaşlı rusiyalı turist ölüb. Onun adı açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top