Arda transferə çıxarılacaq

“Barselona” rəhbərliyi növbəti mövsümün başlamasından öncə yeni futbolçular almaq üçün təqribən 60 milyon avro əldə etmək niyyətindədir. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi bu məqsədlə yarımmüdafiəçi Arda Turan və müdafiəçi Aleyks Vidalı transferə çıxarmağı planlaşdırır. “Barselon” türkiyəli furbolçunu “Atletiko” Madriddən 34 milyon avroya almışdı və indi onu təqribən 30 milyon avroya satmağa ümid edir. “Sevilya”dan 17 milyon avroya alınmış A. Vidala görə isə klub təqribən 15 milyon avro təklif edir. Hər iki futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2020-ci ilin yayınadək hesablanıb.

DİGƏR XƏBƏRLƏR

Top