Rusiya ilə sərhəddə hasar tikəcəklər

Litva Rusiyanın Kalininqrad bölgəsi ilə sərhəddə 45 kilometr uzunluğunda hasar tikəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Litva Dövlət Sərhədinin Mühafizəsi Xidmətindən deyiblər. Xidmətdən bildiribrlər ki, hasar tikilməsi 1,335 milyon avroya başa gələcək: “Podratçılarla bu məbləğə işlərin görülməsi üzrə müqavilə imzalanıb. Tikinti üçün zəruri vəsaitlər dövlət büdcəsindən ayrılır. Plana əsasən, hasarın tikintisi cari ilin sonunadək başa çatmalıdır”. Xidmətdən qeyd ediblər ki, Litva Kalininqrad bölgəsi ilə sərhədin quru hissəsində hündürlüyü 2 metrə çatan məftilli hasar tikmək qərarına gəlib: “Hasara əlavə elektron nəzarət vasitələri quraşdırılacaq”.

Xatırladaq ki, Litva-Rusiya sərhədinin uzunluğu (Litvanın yalnız Kalininqrad bölgəsi ilə sərhədi var) 294,4 kilometrdir. Bunun 253,7 kilometri quru ərazidən və daxili su hövzələrindən, 18,5 kilometri Kurşsk körfəzindən, 22,2 kilometri isə Baltik dənizindən keçir.

DİGƏR XƏBƏRLƏR

Top